Ən azı 11 Avropa ölkəsi yay tətili mövsümü öncəsi rusiyalı turistlərin Şengen zonasına giriş qaydalarını sərtləşdirməyə çağırıb.
Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Hollandiya, Polşa, İsveç, eləcə də AB-yə daxil olmayan ölkələr olan İslandiya və Norveçin nazirləri AB Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas və AB Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunnerə ünvanladıqları birgə məktubda Rusiyaya qarşı viza siyasətinin yenidən nəzərdən keçirilməsini tələb ediblər.
Eyni zamanda, məktubu imzalamayan bəzi Avropa ölkələrinin nümayəndələri ehtiyatlı olmağa çağırıblar.