Parisdə bərpa olunmuş dinozavr dərisindən hazırlanmış çanta hərraca çıxarılıb.
Azpost.info bildirir ki, Giquello hərrac evi tarixinin ən qeyri-adi lotlarından biri olan Tirannozavr dərisindən hazırlanmış çanta üçün hərrac müharibəsi keçirlib. Lakin bütün təkliflər gözlənilən 300.000-500.000 avrodan xeyli aşağı olub və çanta satılmayıb.
Tirannozavrlar təxminən 66 milyon il əvvəl məhv olub. Bir qrup tədqiqatçı 25 il əvvəl ABŞ-ın Montana ştatında tapılan Tirannozavr sümüyündən kollagen zülalının bir parçasını çıxara bilib. Kompüter modelləşdirməsindən istifadə edərək əvvəlcə bu molekulu yenidən qurub və sonra onun genetik kodunu müasir heyvanların hüceyrələrinə daxil ediblər.
Alimlər bundan laboratoriyada on milyonlarla il əvvəl yaşamış Tirannozavr dərisi ilə eyni olan dəri yetişdirmək üçün istifadə ediblər.