Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.

APA-nın məlumatına görə, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib.

 

Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.