Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəldi.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.