Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Anqola Sammitində hansı mesajları verdi?

User 26 İyul 2026 - 22:18 (Last updated: 26 İyul 2026 - 22:39)
seyx anqola

Anqolanın paytaxtı Luandada keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhə çağırış, Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət” adlı yüksək səviyyəli Sammiti təkcə beynəlxalq təhlükəsizlik və dialoq məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də Azərbaycanın sülh gündəliyinin beynəlxalq auditoriyaya çatdırıldığı mühüm tribuna oldu. Bu tribunalardan ən diqqət çəkən çıxışlardan birini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə etdi.

Sammitdə onun verdiyi mesajlar yalnız dini xarakter daşımırdı. Çıxışın məzmununda beynəlxalq hüquq, tarixi ədalət, dini həmrəylik və Azərbaycanın xarici siyasət prioritetləri bir-birini tamamlayan xətt təşkil edirdi.

Azərbaycanın sülh siyasətinə beynəlxalq dəstək mesajı

Şeyxülislam çıxışında ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və BMT Sivilizasiyalar Alyansının müharibələrin dayandırılması və beynəlxalq hüquqa hörmət təşəbbüsünü dəstəklədiyini bildirib. Bu məqam təsadüfi deyil. Son illər Azərbaycan beynəlxalq platformalarda özünü yalnız regional aktor kimi deyil, həm də dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi təqdim edir. Şeyxülislamın çıxışı da bu siyasi xəttin dini diplomatiya vasitəsilə ifadəsi kimi qiymətləndirilə bilər.

Dini liderdən ümumbəşəri çağırış

Allahşükür Paşazadə çıxışında dinlərin əsas prinsipinə istinad edərək vurğulayıb ki, bir insanın öldürülməsi bütün bəşəriyyətə qarşı cinayət hesab olunur. Bu yanaşma çıxışın yalnız müsəlman auditoriyasına deyil, müxtəlif din və mədəniyyət nümayəndələrinə ünvanlandığını göstərir. Beləliklə, dini ritorika siyasi ittihamlardan daha çox ümumbəşəri dəyərlər üzərində quruldu.

Gernikadan Xocalıya uzanan tarixi paralel

Çıxışın ən mühüm hissələrindən biri müxtəlif dövrlərdə baş vermiş kütləvi qətliamların eyni kontekstdə təqdim olunması idi. Şeyxülislam Gernika, Srebrenitsa və Xocalını bir sırada çəkərək bildirdi ki, milli, dini və etnik mənsubiyyətə görə törədilən qətliamlar insanlığa qarşı cinayətlərdir. Bu yanaşma Azərbaycanın uzun illər apardığı informasiya siyasətinin davamı sayıla bilər. Burada məqsəd Xocalı faciəsini təkcə regional hadisə deyil, beynəlxalq humanitar hüququn pozulması nümunəsi kimi təqdim etməkdir. Allahşükür Paşazadə xüsusi olaraq Xocalı soyqırımına toxunaraq 1992-ci ildə 613 azərbaycanlının, o cümlədən qadınların, uşaqların və yaşlı insanların qətlə yetirildiyini xatırladıb. Bu faktların BMT platformasında səsləndirilməsi Azərbaycanın Xocalının beynəlxalq səviyyədə tanınması istiqamətində apardığı diplomatik fəaliyyətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”

Çıxış zamanı diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərində sülh və dialoqu təşviq etdiyinə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsinin xüsusi vurğulanması oldu. Bu məqam Azərbaycan rəhbərliyinin beynəlxalq sülh təşəbbüslərində rolunun ön plana çıxarılması baxımından əhəmiyyət daşıyır.

Luanda görüşü Afrika qitəsində keçirilən ilk “Sülh Alyansı” Sammiti idi. Bu baxımdan Azərbaycanın belə bir platformada yüksək səviyyədə təmsil olunması ölkənin yalnız Avropa və Yaxın Şərq deyil, Afrika istiqamətində də humanitar və diplomatik əlaqələrini genişləndirmək niyyətini nümayiş etdirir.

Şeyxülislamın çıxışının əsas mesajları nə idi?

QMİ sədri çıxışının əsas məqamları ümumbəşəri problemləri əhatə edib. Burada qeyd edilib ki, beynəlxalq hüquqa hörmət olmadan davamlı sülh mümkün deyil. Şeyxülislam həmçinin dini liderləri münaqişələrin qarşısının alınmasında daha fəal rol oynamağa çağırıb.”Gernika, Srebrenitsa və Xocalı kimi faciələr təkrarlanmamalıdır” deyən QMİ sədri Xocalı soyqırımı beynəlxalq səviyyədə tanınmağın vacibliyini bəyan edib.

A.Paşazadə eyni zamanda çıxışında Azərbaycanı tolerantlıq və multikulturalizm modeli təqdim edən ölkə olaraq nail olduğu uğurlarını təqdim edib. Qmi sədri bəyan edib ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri beynəlxalq səviyyədə qiymətləndirilir. O, çıxışında həmçinin qeyd edib ki, BMT və Sivilizasiyalar Alyansı qlobal dialoqun əsas platformalarından biri olaraq qalmalıdır.

Luanda Sammitində Şeyxülislam Allahşükür Paşazadənin çıxışı dini nitqdən daha geniş məna daşıyırdı. Burada Azərbaycanın sülh gündəliyi, beynəlxalq hüquqa hörmət, Xocalı həqiqətlərinin tanıdılması, dinlərarası dialoq və dini diplomatiyanın imkanları vahid konsepsiya şəklində təqdim edildi.

Bu baxımdan çıxış həm Azərbaycanın beynəlxalq humanitar diplomatiyasının tərkib hissəsi, həm də qlobal münaqişələrin artdığı bir dövrdə sülh və qarşılıqlı anlaşma çağırışı kimi qiymətləndirilə bilər.

Aydın Əliyev

 

 

AzPost.az

Post navigation

Previous: İran ABŞ-la danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib
Next: Lavrov və Əraqçi Xəzərdə İran gəmisinə hücumu müzakirə ediblər

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
ABŞ administrasiyası İran ətrafındakı vəziyyətlə bağlı həm birbaşa, həm də vasitəçilər üzərindən çoxsaylı məsləhətləşmələrdə iştirak edir. Bunu...
Read more about ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.