Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində silsilə təlimlər davam edir.
Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində dördüncü təlim 2026-cı il iyulun 17-də Neftçala rayonunda keçirilib.
Layihə fəaliyyətləri çərçivəsində “Hidroenergetika sahəsi: imkanlar və görülmüş işlər mövzusunda keçirilən təlim zamanı iştirakçılara müvafiq məlumat verilib.
Təlimin sonunda layihə eksperti tərəfindən iştirakçılara təlimin mövzusunu ehtiva edən suallar ünvanlanıb və cavablar müzakirə olunub.
“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi çərçivəsində nəzəri biliklər, uğurlu nəticələr barədə məlumatlar, praktiki fəaliyyətlər və nəticələrin qiymətləndirilməsi istiqamətində fəaliyyətlər uğurla davam edir.



