UEFA-dan FİFA-ya görünməmiş etiraz: 55 ölkə turnirləri boykot etdi –"Dünya çempionatı satılmır"

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) üzvü olan 55 milli futbol federasiyası Beynəlxalq Futbol Federasiyasının (FİFA) himayəsi altında keçirilən turnirləri boykot etmək barədə qərar qəbul edib.

UEFA-nın rəsmi açıqlamasına görə, buna səbəb FİFA prezidenti Canni İnfantinonun futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq təşəbbüsü olub.

Bəyanatda bildirilir ki, UEFA və onun tərkibindəki bütün 55 assosiasiya bu təklifi yekdilliklə rədd edir. “Dünya çempionatına investisiya məhsulu kimi baxmaq olmaz. Bu turnir futbolun ən böyük irslərindən biridir. Onun heç bir hissəsi özəl investorlara verilə bilməz. Dünya çempionatı satılmır”, – deyə UEFA-nın bəyanatında vurğulanıb.

Qurum həmçinin bəyan edib ki, FİFA bu təklifdən geri çəkilməyənədək UEFA-ya üzv olan heç bir milli komanda FİFA-nın təşkil etdiyi yarışlarda iştirak etməyəcək.

Bu qərar qüvvədə qalacağı təqdirdə, futbol tarixində FİFA ilə UEFA arasında ən ciddi qarşıdurmalardan biri yarana bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.