Çin asteroidləri nüvə bombası ilə məhv etməyi planlaşdırır

Çin alimləri Yer üçün təhlükə yarada biləcək asteroidlərin zərərsizləşdirilməsi məqsədilə nüvə silahından istifadə etməyi nəzərdə tutan yeni konsepsiya hazırlayıblar.

Azpost.info bildirir ki, bu barədə South China Morning Post nəşri məlumat yayıb.

Məlumata görə, plan iki mərhələdən ibarətdir. Əvvəlcə metal zərbə zondu asteroidə çırpılaraq onun daxilində dərin şaxta açacaq. Daha sonra ikinci kosmik aparat həmin şaxtaya nüvə bombası yerləşdirəcək və partlayış asteroidin daxilində baş verəcək.

Alimlərin fikrincə, bu üsul asteroidin ya tamamilə parçalanmasına, ya da onun hərəkət trayektoriyasının dəyişdirilməsinə imkan verə bilər. Beləliklə, Yerə toqquşma təhlükəsinin qarşısını almaq mümkün olacaq.

Layihəyə əsasən, bu cür əməliyyatların pilotsuz kosmik aparatların köməyi ilə həyata keçirilməsi planlaşdırılır. Hazırda söhbət nəzəri konsepsiyadan gedir və onun praktiki tətbiqi ilə bağlı hər hansı qərar açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.