“Sea Breeze”də faciə:Hovuzda ayağı nasosda sıxılan uşaq öldü

Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerində operativ tədbirlər həyata keçirib. FHN-in məlumatına görə, uşağa reanimatoloji müdaxilə göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlu hadisə nəticəsində vəfat edib.

Hazırda hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.