Türkiyədən Netanyahuya sərt cavab:“Siyasi gələcəyi üçün regionu alovlandırır”

Türkiyə Prezident Administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyə və Suriya ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Türkiyə mediasının yaydığı məlumata görə, administrasiya Netanyahunun təhdid və ittihamlarını onun beynəlxalq təcridini, siyasi narahatlıqlarını və yanlış təsəvvürlərini əks etdirən açıqlamalar kimi qiymətləndirib.

“Türkiyə Netanyahunun sabitliyi pozan fəaliyyətlərinə qarşı çıxmağa və sülh siyasəti yürüdən dövlətləri dəstəkləməyə davam edəcək”, – Türkiyə Prezident Administrasiyasından bildirilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə regionda sülh və sabitliyin pozulmasına yönəlmiş cəhdlərə qarşı çıxmaq üçün kifayət qədər təcrübəyə malikdir.

“Türkiyə bütün beynəlxalq arenada sülhə can atması ilə nüfuza malikdir. Türkiyənin sülh yönümlü xarici siyasəti Netanyahunun siyasi gələcəyi naminə regionu tərəddüd etmədən alovlandırmağa hazır olan prinsipsiz şəxslərin oyunlarını pozacaq”, – administrasiyadan vurğulanıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.