ABŞ İranla müharibədə ölən və yaralı hərbçilərin sayını açıqladı

ABŞ ilə İran arasında müharibədə ölən və yaralanan amerikalı hərbçilərin sayı 774-ə çatıb. Pentaqon son günlər daha onlarla hərbçini yaralılar siyahısına əlavə edib.

Bu barədə The Washington Post məlumat yayıb.

Pentaqonun itkilərin uçotu sisteminə əsasən, hazırda münaqişə zamanı 18 ABŞ hərbçisi həlak olub, 756 hərbçi isə yaralanıb.

ABŞ-nin son həftələrdə İranla əsasən atəşkəs vəziyyətində olmasına baxmayaraq, yaralı hərbçilərin sayı artıb.

Nəşrin məlumatına görə, siyahıya sonradan əlavə edilən bəzi məlumatlar hərbçilərin yaralanmasının hərbi tibbi sistemdə sənədləşdirilməsi ilə bu məlumatların Pentaqonun məlumat bazasında əks olunması arasındakı gecikmə ilə bağlı ola bilər.

Beləliklə, Pentaqonun açıqladığı son rəqəmlərə görə, İranla münaqişə nəticəsində ABŞ tərəfinin ümumi hərbi itkisi 774 nəfərə yüksəlib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.