“İnsan alveri sosial bəla kimi” layihəsi avqustun 1-dən fəaliyyətə başlayıb

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri sosial bala kimi” layihəsi avqustun 1-dən fəaliyyətə başlayıb.

Birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib k, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur:

“Layihənin icrası Quba rayonunda keçiriləcək. Bu regionun seçilməsində əsas səbəb rayonda yetkinlik yaşına çatmayanların erkən evliliyi, qohum nikahlarla bağlı mövcud olan problemlərin və insan alverinin qarşısının alınmasına dəstək olmaqdır. Erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri, insan alveri fəsadlarının olması və riskləri barədə yeniyetmələrin maarifləndirilməsidir. Yeniyetmələrin hüquq və azadlıqları, xüsusən qızların təhsil almaq hüquqları barədə məlumatlandırılmaq, onlar arasında ailə hüquqlarının və nikah müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təbliğat işinin gücləndirilməkdir.

Qeyd etmək istəyirəm ki, erkən, rəsmi qeydə alınmayan, qan qohumları arasında baş verən nikahlar və insan alveri cəmiyyətin əsas problemlərindən biridir. Bu layihənin icrası zamanı, yeniyetmələr erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması, insan alveri, bunun qanunla qadağan edilməsi haqda məlumatlanaraq, təhsil almağa, peşə sahibi olmağa, öz məşğulluqlarını təmin etməyə üstünlük verəcəklər.

Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, insan alveri təhlükəsinin azalması istiqamətində görülən tədbirlərə dəstək və sözügedən problemlərin aradan qaldırılması məqsədi ilə təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə də regionlarda insan alverinin, erkən evliliyin və qohum nikahlarının qarşısını ala bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.