Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir.
Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində həmçinin Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Birinci mövzusu “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına: İnteqrasiyanın yol xəritəsi” adlanır.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblər – Türkiyənin Bilgə İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) Məşvərət Şurasının üzvü, təhlükəsizlik və terror üzrə ekspert, doktor İmbat Muğlu və Azərbaycan Respublikası Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov hər bir sual ətrafında öz baxışlarını təqdim edərək Türk dünyasının gələcək inkişaf perspektivlərini geniş şəkildə şərh ediblər.
Azərbaycan, rus və türk dillərində dərc olunan ilk mövzu ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar.