Sabunçu rayonunda baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.
Azpost.info APA-ya istinadən bildirir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı ilkin məlumatın həqiqəti əks etdirmədiyi müəyyənləşib.
İstintaqın müəyyən etdiyi məlumata görə, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.
Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.