Xankəndidə müharibə iştirakçılarına psixoloji dəstək göstərilir

Gənc Psixoloqlar İctimai Birliyi tərəfindən “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində Xankəndi şəhərində yaşayan və fəaliyyət göstərən müharibə iştirakçıları, eləcə də müharibənin təsirinə məruz qalmış digər əhali qrupları üçün peşəkar psixoloqların iştirakı ilə qrup görüşləri təşkil olunur. Görüşlər zamanı stress, travmatik təcrübələrin psixoloji təsirləri, emosional gərginlik və sosial adaptasiya məsələləri üzrə psixoloji maarifləndirmə aparılır və elmi əsaslı psixoloji dəstək göstərilir.

Gənc Psixoloqlar İctimai Birliyinin sədri Orxan Oruczadə bildirib:

“Bu layihə vasitəsilə müharibənin təsirinə məruz qalmış şəxslərin psixoloji rifahının gücləndirilməsinə və gündəlik həyata adaptasiyasına töhfə verməyi hədəfləyirik. İnanırıq ki, peşəkar və davamlı psixoloji dəstək onların psixoloji dayanıqlılığının artırılmasında mühüm rol oynaya bilər.”

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.