Təhlükəsizlik Xidməti Köçəryanın oğlunun evində əməliyyat keçirir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.

Bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.

Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.