Ermənistanda iki sabiq prezidentə qarşı cinayət işi –Serj Sarkisyana da ittiham irəli sürüldü

Ermənistanda ikinci prezident Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ölkənin üçüncü prezidenti Serj Sarkisyana da ittiham irəli sürülüb.

Azpost.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.

Məlumata görə, Serj Sarkisyan Ermənistanın əvvəlki Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Bu maddə vəzifəli şəxsin vəzifə və ya xidməti səlahiyyətlərindən, yaxud həmin səlahiyyətlərin yaratdığı təsirdən sui-istifadəni, eləcə də səlahiyyət həddini aşmanı nəzərdə tutur.

Qeyd edək ki, 24 avqustda Ermənistan prokuroru Robert Köçəryan barəsində üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması ittihamları ilə bağlı ictimai cinayət təqibi başladıb.

Cinayət işi çərçivəsində daha 9 nəfər barəsində də cinayət təqibi aparılır. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, sabiq müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın sabiq meri Qaqik Beqlaryan və digər şəxslərin olduğu bildirilir.

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın evində və bir sıra digər ünvanlarda axtarış aparıblar. Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı barədə məlumat yayılıb.

İstintaq çərçivəsində Köçəryan ailəsi ilə əlaqəli olduğu bildirilən bir sıra şirkət və əyləncə obyektlərində də istintaq-prosessual tədbirlər həyata keçirilir.

Ermənistan mediasının məlumatına görə, paytaxt İrəvanda “Toyota” şirkətinin ofisi də vergi orqanları tərəfindən möhürlənib.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryan və Serj Sarkisyanın əmlakı ilə bağlı araşdırmaların aparılması barədə tapşırıq vermişdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.