Tramp: Prezidentlik dövrümdə Şimali Koreya bizimlə hörmətlə davranıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın təhdidsiz və hörmətli şəkildə davrandığını deyib.

APA xəbər verir ki o, bu barədə “Truth Social” hesabında yazıb.

Tramp Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu nəzərə alaraq, uzun müddət əvvəl ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərdə iştirak etməyə razılaşdığından təəssüfləndiyini bildirib.

“Bu təlimlərin xərci ABŞ tərəfindən ödənilirdi, amma mənim prezident olduğum müddət ərzində təhdidsiz və hörmətli şəkildə davranan bir ölkəyə qeyri-münasib və düşmənçilik siqnalı göndərirdi. Buna görə də, ləğv etmək qərarı çox gec olduğundan, müharibə naziri Pit Heqsetə müştərək hərbi təlimləri əhəmiyyətli dərəcədə azaltmaqla bağlı göstəriş verdim”,- Tramp qeyd edib.

O, Cənubi Koreyanın İranla müharibə zamanı ABŞ-ın tələblərinə mənfi cavab verməsi ilə bağlı da şikayətlənib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.