Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov The Washington Post qəzetinə bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin çərşənbə axşamı Moskvaya səfəri iki ölkənin xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olub.
Peskovun sözlərinə görə, söhbət “xüsusi xidmət orqanları arasında təmaslardan” gedir. TASS bu barədə məlumat yayıb.
The Washington Post qeyd edir ki, Rusiya prezidentinin mətbuat katibi Retkliffin səfəri ilə bağlı başqa hər hansı detal açıqlamayıb.