Nepalda daşqınlarda 600-ə yaxın insan itkin düşüb

Nepalda daşqınlar nəticəsində 570-dən çox insan itkin düşüb.

Reuters“in xəbərinə görə, onların arasında 400-dən çoxu xarici vətəndaşdır.

Nepal hakimiyyəti xilasetmə əməliyyatlarına helikopterlərlə hərbçiləri cəlb edib. Lakin suyun səviyyəsinin yüksək olması səbəbindən bəzi ərazilərə çatmaq mümkün deyil.

Sel nəticəsində ölkənin hidroenergetika güclərinin təxminən 12 faizini təşkil edən su elektrik stansiyalarına da ziyan dəyib.

Çin tərəfdə isə sərhəd-keçid məntəqəsinə aparan yollar bağlanıb. Nəticədə bəzi ərazilərdə elektrik enerjisi və rabitə kəsilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.