Tibbi sığorta üzrə bu ilin yanvar-iyul aylarında sığorta haqlarının yığımı azalıb, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Valyuta.az xəbər verir ki, tibbi sığorta üzrə yığımlar illik müqayisədə 186 min manat və ya 0,20% azalaraq, 91 milyon 461 min manat olub.
2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 91 milyon 647 min manat olub.
Sözügedən sığorta növü üzrə sığorta ödənişlərində isə artım olub.
Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında sığorta ödənişləri 54 milyon 335 min manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 50 milyon 820 min manatla müqayisədə 3 milyon 515 min manat və ya 6,92% çoxdur.