Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib.
Kremlin məlumatına görə, Rusiya lideri Köçəryana təbrik teleqramı göndərərək ona möhkəm cansağlığı, mənəvi gümrahlıq və hazırda üzləşdiyi sınaqlar qarşısında dözüm arzulayıb.
“Rusiyada ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfənizi unutmurlar. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi gümrahlıq və hazırda sizin və ailə üzvlərinizin üzləşdiyi sınaqlar qarşısında dözüm arzulayıram”, – Putin bildirib.
Qeyd edək ki, Robert Köçəryan hazırda Ermənistanda həbsdədir. Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi avqustun 27-də keçmiş prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Köçəryan iri məbləğdə çirkli pulların yuyulması, vəzifədən sui-istifadə və xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Ermənistan prokurorluğunun irəli sürdüyü ittihamlara əsasən, söhbət onun prezidentliyi dövründə, 1998–2008-ci illərdə dövlət əmlakı ilə bağlı əməliyyatlardan gedir. Köçəryan isə ittihamları rədd edir.
Putin təbrikində Köçəryanın Rusiya-Ermənistan münasibətlərinin inkişafındakı rolunu da xüsusi qeyd edib.
Kremlin mesajında onun iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfənin Rusiyada unudulmadığı vurğulanıb.
Koçaryan 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı hərbi cinayətlərin törədilməsində ititham olunur. Bakı onu beynəlxalq məhkəməyə verilməsini tələb edib.