“Qiyamət günü” radiosundan gün ərzində 8 şifrəli mesaj– efirdə hansı söz səsləndi?

“Qiyamət günü radiostansiyası” kimi tanınan radio stansiyası cümə axşamı gün ərzində səkkizinci dəfə şifrəli mesaj yayımlayıb.

Bu barədə oktyabrın 8-də stansiyanın fəaliyyətini izləyən “UVB-76” Telegram kanalı məlumat yayıb.

Monitorinq məlumatlarına görə, Moskva vaxtı ilə saat 16:39-da radiostansiyanın efirində “motivasiya” kod sözü səsləndirilib.

Stansiya bundan əvvəl də gün ərzində bir sıra qeyri-adi söz birləşmələri yayımlayıb. Onların arasında “kodobern”, “dvoroxryaş”, “takelaşnı”, “pekomrak”, “kolotıy”, “lotonant”, “şetospor”, “krasnoşekiy”, “obzor”, “izyatiye”, “senzodoll”, “koler”, “kupol” və “mnitelniy” sözləri qeydə alınıb.

Niyə “Qiyamət günü radiostansiyası” adlandırılır?

Radio stansiyası xalq arasında daha çox “Vızıltı” (“Jujjalkа”) adı ilə tanınır. Buna səbəb onun efirində vaxtın böyük hissəsində fasiləsiz vızıltıya bənzər siqnalın səslənməsidir.

Stansiya həmçinin “Qiyamət günü radiostansiyası” adlandırılır. Bunun səbəbi onun SSRİ dövründə yaradılmış və nüvə çəkindirmə sistemi ilə əlaqələndirilən rabitə sisteminin bir hissəsi olduğu barədə məlumatlardır.

Bəzi məlumatlara görə, bu sistemin Rusiya tərəfindən bu gün də istifadə edildiyi iddia olunur. Lakin radiostansiyanın dəqiq funksiyası və yayımladığı kodların mənası barədə rəsmi açıqlamalar yoxdur.

Stansiyanın efirində vaxtaşırı müxtəlif sözlərin səsləndirilməsi uzun illərdir radio həvəskarlarının və hərbi rabitə sistemlərini izləyən şəxslərin diqqətini çəkir. Kod sözlərinin nə məqsədlə yayımlandığı isə ictimaiyyətə açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.