ABŞ-da 45 il sonra sirr açıldı:Sahildə tapılan meyitin kimliyi müəyyənləşdi

ABŞ-da 45 il sonra Nyu-Cersi sahillərində qalıqları aşkarlanan şəxsin kimliyi müəyyənləşdirilib. “People” nəşrinin məlumatına görə, ölən şəxs 1981-ci ilin martında itkin düşən ABŞ Sahil Mühafizəsinin zabiti Qlen Napoleon Berbeyc olub.

Onun qalıqları 1981-ci il mayın 22-də aşkarlanıb. Lakin müstəntiqlər hətta DNT analizindən istifadə etməklə ölənin kimliyini müəyyənləşdirə bilməyiblər.

2026-cı ilin oktyabrında isə yeni texnologiyaların köməyi ilə 45 il əvvəl tapılan qalıqların kimə məxsus olduğu müəyyən edilib.

Bununla belə, Berbeycin hansı şəraitdə yoxa çıxması hələ də məlum deyil. Ölənin kimliyi müəyyənləşdirilsə də, polis araşdırmanı davam etdirir.

Daha əvvəl ABŞ-da 49 il sonra 15 yaşlı Sindi Blizzardın kimliyinin müəyyənləşdirildiyi bildirilmişdi. O, evdən qaçdıqdan sonra itkin düşmüşdü. Qızın skeletləşmiş qalıqları hələ 1977-ci ildə Şimali Karolina ştatının Uilson dairəsində, “Firestone” zavodunun yaxınlığındakı meşəlik ərazidə aşkarlanmışdı.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.