Tramp və Netanyahu İrana mümkün hücumu müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.

İsrailin “Kanal 13” telekanalının məlumatına görə, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.

Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.

İsrail ordusunun İrana müstəqil hücum, ABŞ-la birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.

İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.