Almaniya Trampın Rusiya ilə dizel sazişinə qarşı çıxdı

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampın Rusiya ilə rus dizel yanacağının tədarükünə dair razılaşmasını tənqid edib və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

Bu barədə Bild nəşri məlumat yayıb.

“ABŞ və Rusiya arasında dizel yanacağının ixracına dair razılaşmanı nəzərə alırıq. Almaniya və Avropa üçün belə bir qərar qəbuledilməzdir”, – Merz bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Rusiya yalnız Qərbin qətiyyətli addımları ilə üzləşəcəyi təqdirdə Ukraynaya qarşı müharibənin dayandırılmasını ciddi şəkildə müzakirə etməyə başlayacaq.
“Rusiya yalnız təzyiq altında ciddi danışıqlar aparacaq. Buna görə də Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayırıq”, – deyə o vurğulayıb.

Merz, həmçinin Rusiya qoşunlarının Ukraynanın mülki enerji infrastrukturuna qarşı “amansız hücumlarından” sonra Moskvaya tətbiq edilən məhdudiyyətlərin daha da sərtləşdirilməsinə çağırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.