Sabah 31-36 dərəcə isti olacaq

8 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 8 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında  gecə 19-22, gündüz  28-32, Bakıda  gecə 19-21, gündüz  30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  40-45 faiz təşkil edəcək.  

İyunun 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Səhər  bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-21, gündüz  31-36, dağlarda gecə 12-17, gündüz  20-25 dərəcə isti olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir