Sumqayıtda binada uçqun olub –Dağıntılar altında qalanlar, yaralılar var

Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyə olunub.

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir