General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub –Nazir müavini

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

Bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar”. 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir