Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı-Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edilib

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

Azpost.info RBK-ya istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

O, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini deyərək Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib.

“Sərhəddəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı”-deyə Peskov bildirib.  O vurğulayıb ki, Putin vəziyyətin gərignləşməsindən ciddi narahatlığını bildirib. Rusiya prezidenti atəşkəs rejiminin bərpa olunmasının vacibliyini qeyd edib. 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir