Milli Məclisin binasına daxil olan təxribatçıların Rauf Xələfovla əlaqələndirilməsi absurddur –DTX

İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir.

Dövlət Təhlükəsizliyi Xidmətindən  verilən xəbərə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlib: “Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz düşmən və antiazərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər.

Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir