Ədliyyə Nazirliyinin binasında yanğın olub.
Trend-in məlumatına görə, binanın sonuncu mərtəbəsində tüstülənmə müşahidə edilib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Binanın qarşısındakı yol hərəkət üçün məhdudlaşdırılıb. Yanğın söndürülüb.
**
Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.