Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub.

Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması və böhranın deeskalasiyası məqsədi ilə görülən addımlar barədə məlumatlandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir