“İnşallah, qısa müddətdə Kəlbəcər və Laçın da sahiblərinə təslim ediləcək” –ƏRDOĞANDAN AÇIQLAMA

“28 il davam edən bu insafsız işğala ATƏT-in Minsk Qrupu bir həll yolu tapmadı. Ancaq davamlı olaraq baş qatdılar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunu özləri ilə danışdıq, lakin heç bir zaman yolu həll tapmadılar. Çünki həll yolu tapmaq kimi bir dərdləri yox idi. Mərhum Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Enməyəcəkdir! Dağlıq Qarabağda işğal bitənə qədər mübarizə bayrağı inşallah enməyəcəkdir. Bu münasibətlə bir daha İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa müddətdə işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təslim ediləcək”, – deyə Ərdoğan qeyd edib

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir