Putin Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib –Sabahkı Moskva görüşü müzakirə olundu

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən əvvəl Təhlükəsizlik Şurasının üzvləri iclas keçirib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir