“Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır” –PREZİDENTİN KÖMƏKÇİSİ

“Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz: “Hazırda ad günü keçirmək qadağandır. Kimsə bunu edirsə, qaydaları pozur”.

Ş. Mövsümov avtobusda yaşanan sıxlıqla bağlı suala da cavab verib.

“İctimai nəqliyyat fəaliyyət göstərən günlərdə sərnişinlərin ondan istifadəsi qadağan deyil. Lakin hansısa polis əməkdaşı deyirsə ki, “sıxlaşın iki nəfər də minsin”, əlbəttə, o düz etmir”, – deyə o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir