SOCAR Rusiya neftini Baltikyanı ölkələrə və Şərqi Avropaya ixrac edəcək –Müqavilə imzalandı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Rosneft”in neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququ barədə müqavilə imzalayıb.

Bu barədə “RİA Novosti”yə SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR beynəlxalq neft və qaz ticarətində mövqelərini gücləndirmək niyyətindədir: “Rusiyanın “Rosneft” şirkəti ilə “Rosneft”in istehsal etdiyi neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə tədarük hüququnu təmin edən bir müqavilə imzalandı. Nəzərdə tutulan əməliyyatların əhatə dairəsi və vaxtı hazırda müzakirə olunur”, – deyə İ. Əhmədov qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir