“Abituriyentlər üçün dərs vaxtı” başlayır

- Nazirlik açıqladı
15 İyun 2020 - 15:00

İyunun 16-da “Mədəniyyət” telekanalında “Dərs vaxtı”nın abituriyentlər üçün yayımına start verilir.  

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək.  Abituriyentlər üçün teledərslərin ilk dərs cədvəlini təqdim edirik.

Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Azərbaycan dili; 10:50-də – Ədəbiyyat; 11:50-də – İngilis dili; 12:25-də – Riyaziyyat; 13:30-da Futzal məşğələsi olacaq.

Rus bölməsi üçün sabah saat 13:50-də – Rus dili; 14:20-də – Ədəbiyyat; 15:10-da Riyaziyyat dərsləri olacaq.