“ABŞ ərəb dünyasının köməyinə ümid edir”- BAYDEN

ABŞ ərəb dünyasının Yaxın Şərqdəki münaqişənin həllinə kömək edəcəyinə ümid edir.

Azpost.info xəbər verir ki, bunu ABŞ lideri Co Bayden deyib.

Onun sözlərinə görə, münaqişəyə tez bir zamanda son qoymaq üçün bütün tərəflərə təzyiq göstərmək lazımdır.

“Mənim gözləntim və ümidim odur ki, ərəb dünyası və regionun qalan hissəsi də buna mümkün qədər tez son qoymaq üçün bütün tərəflərə təzyiq göstərəcəklər”, – Bayden bildirib.

Bayden Yaxın Şərqdə müharibənin başa çatacağı təxmini tarixi açıqlamağa çətinlik çəkib: “İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS-ı məhv etmək üçün çalışarkən, itkilərin sayını azaltmağa diqqət yetirməyə çağırdım. Bu çətin işdir”.

Azpost.info

Əvvəlki məqalə

Kriştianu Ronaldu yeni uğura imza atıb

Sonrakı məqalə

Maqnit qasırğasından qorunmaq üçün nə etməli?