ABŞ bir sıra ən böyük ticarət tərəfdaşlarına qarşı yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Bu barədə BBC News məlumat yayıb.

Yeni tədbirlər ABŞ-ın ticarət qanunvericiliyinin 301-ci maddəsinə uyğun aparılan araşdırmaların nəticələrinə əsaslanır. Araşdırmalar müxtəlif sənaye sahələrində həddindən artıq istehsal gücü və məhsul istehsalının həcmi ilə bağlı olub.

Araşdırmalar 15 iqtisadiyyatı əhatə edib: Çin, Avropa İttifaqı, Sinqapur, İsveçrə, İndoneziya, Malayziya, Kamboca, Tailand, Cənubi Koreya, Vyetnam, Tayvan, Banqladeş, Yaponiya və Hindistan.

Gömrük rüsumlarının dərəcəsi ölkədən və məhsul kateqoriyasından asılı olaraq dəyişəcək. Ən yüksək rüsumlar Çin üçün nəzərdə tutulub – 40 faizə qədər. Vyetnamdan idxal olunan məhsullara tətbiq ediləcək rüsumlar 35 faizə çata bilər. Araşdırmaya daxil edilən digər ölkələr üçün isə 20 və ya 25 faizə qədər tariflər tətbiq olunacaq.

Bununla belə, bəzi məhsullar üzrə faktiki rüsum dərəcələri daha aşağı ola bilər. Buna səbəb ABŞ Prezidenti Donald Trampın daha əvvəl ayrı-ayrı ticarət tərəfdaşları ilə tariflərə dair əldə etdiyi razılaşmalardır.