ABŞ Federal Məhkəməsinin “TikTok”a qadağa qoyan qərarı ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib. AzPost APA-ya istinadla xəbər verir ki, qərar ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Belə ki, dəyişiklik olmasa, “TikTok” yanvarın 19-dan etibarən ABŞ-də qadağan olunacaq.
Xatırladaq ki, dünən ABŞ-ın yeni prezidenti Tramp Çin sədri ilə danışdığını təsdiqləyib.
Tramp Si Sinpin ilə ticarət balansını, TikTok-u və digər məsələləri müzakirə edib.
“Mən indicə Çin prezidenti Si Sinpin ilə danışdım. Həm Çin, həm də ABŞ üçün çox yaxşı söhbət oldu. Bir çox problemləri birlikdə və dərhal həll edəcəyimizi gözləyirəm. Ticarət balansı, fentanil, TikTok və bir çox başqa mövzuları müzakirə etdik. Prezident Si və mən dünyanı daha dinc və təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələni edəcəyik!” – Tramp yazıb.