“ABŞ Azərbaycanın müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir” –

SƏFİR
19 Avqust 2020 - 18:00

“Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbət öhdəliyin nümunəsidir”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir: “Azərbaycanla ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı və insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulub.

“Biz Azərbaycanın iqtisadi inkişafına milyardlarla ABŞ dolları dəyərində olan sərmayələrimizi yatırmağa davam edirik”-deyə Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi kəmərinə bənzəyən meqalayihələr geosiyasi baxımdan unikaldır.

“Dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrin uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. 

Fürsətdən istifadə edərək mən Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi layihəsinə qatılan dövlət və şirkətlərə göstərdiyi dəstəyi yenidən vurğulamaq istəyirəm.

Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq. 

Cənub Qaz Dəhlizinin tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanları barədə düşünməliyik.

Enerji təhlükəsizliyi məsələsinə xüsusilə toxunmaq istəyirəm. Birləşmiş Ştatlar enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir.

Enerji təchizatında yaranan məcburi fasilələr mühüm və zərərli təsirə malikdir. Texniki qüsurlar, təbii fəlakətlər, sabotaj əməlləri və ya təchizatçı tərəfindən verilən qərarlar müəyyən çağırışların gündəmə gəlməsinə səbəb ola bilər.

Bunun hamısı bir tərəfdən mühüm infrastrukturun mühafizəsinin gücləndirilməsi, digər tərəfdən isə qlobal qaz bazarının inkişafına dair ehtiyacın olduğunu göstərir. İllər boyu kommersiya və strateji tərəfdaşları ilə birgə işləyən Azərbaycan davamlı infrastrukturunun qurulmasında uğur qazanıb.

Gücləndirilmiş infrastruktur əhalini potensial iqtisadi sarsıntılardan və real təhlükələrdən qoruya bilər. Azad bazarlar isə dünyada iqtisadi inkişafa təkan verir və enerji təchizatının siyasi məqsədlər üçün istifadə olunmamasını təmin edir”, – deyə ABŞ səfiri vurğulayıb. 

Li Litzenberger çıxışı zamanı deyib ki, “Biz Azərbaycanın iqtisadi inkişafına milyardlarla ABŞ dolları dəyərində olan sərmayələrimizi yatırmağa davam edirik”.