ABŞ Azərbaycan və Ermənistanı delimitasiya məsələlərini həll etməyə çağırıb

“Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

“Biz onları saxlanılanlar, minaların təmizlənməsi, itkin düşən şəxslər də daxil olmaqla humanitar məsələlərlə bağlı proqres əldə etməyə çağırırıq. Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi həllini gözləyən digər məsələləri həll etməyə çağırırıq”, – deyə Blinken bildirib.

Blinken Azərbaycan və Ermənistanı Minsk Qrupu həmsədrləri ilə birlikdə Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyə çağırıb.

O vurğulayıb ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məni pencək oğrusu kimi mühakimə edirlər, biabırçılıqdır” –

Sonrakı məqalə

“Ordumuzun sərhəddən geri çəkilməsi barədə məlumatlar yalandır” –