ABŞ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı açıqlama verib

Amerika Birləşmiş Ştatları bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İstənilən ölkədə diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum qəbuledilməzdir.

Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumaq barədə məsuliyyətini xatırladırıq”,-deyə bildirilib.

Əvvəlki məqalə

Misir Prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb

Sonrakı məqalə

Polis Vasif Talıbovun evində axtarış aparıb –