ABŞ azərbaycanlı “qanuni oğru”nu niyə axtarışa verib? –FOTO

Azərbaycanlı “qanuni oğru” Rafət Əmirov (Rafət Əlibayramlinski) Özbəkistanda saxlanılıb.

Azpost.info xəbər verir ki, Rafət Əmirovun saxlanılması onun Rusiya və ABŞ tərəfindən İnterpol xətti ilə axtarışda olması ilə əlaqəlidir.

Rafət Əmirov 2010-cu ildə Rusiyanın paytaxtı Moskvada kriminal dünyanın sakinlərindən olan Əli Babayevin qətlində şübhəli bilinir. Bu hadisədə “qanuni oğru”nun adının hallanması onun yaxını Polad Ömərovun ifadəsi ilə əlaqədardır.

Polad Ömərovun mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qohumu olduğu iddia edilir. Rafət Əmirov da kriminal aləmdə Lotu Quliyə yaxın şəxs kimi tanınır.

Rafət Əmirovun ABŞ tərəfindən axtarışa verilməsi isə onun bir müddət İranda yaşaması ilə bağlıdır. Məlumatlara görə, “qanuni oğru” bir neçə il əvvəl İrana gedib. Pandemiya üzündən geri qayıda bilməyib və orada yaşamalı olub.

ABŞ-ın hüquq-mühafizə orqanları isə Rafət Əmirovu İranda hansısa müxalifətçinin ölümündə ittiham edir. Bu baxımdan, o, İnterpol xətti ilə axtarışa verilib.

Abbas

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.