ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın təhdidlərinə daha yaxşı cavab vermək üçün tədbirlər paketi haqqında razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Biz Şimali Koreyadan gələn problemləri həll etmək üçün kibercinayətkarlıq və çirkli pulların yuyulmasından tutmuş, məsuliyyətsiz kosmik sınaqlara və ballistik raket buraxılışlarına qədər yeni üçtərəfli təşəbbüslər irəli sürdük”, – Sallivan bildirib.
O söz verib ki, üç ölkə Tayvan boğazının hər iki tərəfində sülh və sabitlik, Şərqi Çin dənizi və Cənubi Çin dənizində naviqasiya azadlığını müdafiə etməyə davam edəcək.
Azpost.info