ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmayacaq.

Bu barədə “Armenia Today” Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.

 

Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda NATO sammiti çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.

Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Əvvəlki məqalə

İranın ən böyük hərbi gəmisi limanda çevrilib

Sonrakı məqalə

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır –