ABŞ-da helikopterin qəzaya uğrayıb -6 nəfər həlak olub

ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində “Bell UH-1B” tipli helikopter qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli WBOY telekanalı məlumat verib. Xəbərdə bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.

Qəzanın səbəbləri hələlik məlum deyil, lakin FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin səbəblərini araşdıracaq.

Əvvəlki məqalə

“Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır” –

Sonrakı məqalə

Məşhur serialın Türkiyə versiyası çəkiləcək