ABŞ-da itlər üçün aviareyslər açılacaq

ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb.

Aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək.

Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq.

“Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır(azərtac).

Əvvəlki məqalə

Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub

Sonrakı məqalə

Hakan Fidan BMT baş katibi ilə telefon danışığı aparıb