ABŞ-da məktəbdə atışmada 15 nəfər həlak olub –10-dan çox məktəbli yaralanıb

Texasda baş verən atışmada ölənlərin sayı 15-ə çatıb.

Bu barədə ABC kanalı məlumat yayıb.

**

ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə açılan atəş nəticəsində iki məktəbli həlak olub, 10-dan çoxu yaralanıb. Bu barədə ABC telekanalı həkim mənbələrinə istinadla məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, 13 məktəbliyə tibbi yardım göstərilib. Onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan başqa, 45 yaşlı bir nəfər də güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisədən bir saat sonra atəş açan şəxs saxlanılıb. Hadisənin motivləri və yaralıların vəziyyəti barədə hələ ki məlumat verilmir

Əvvəlki məqalə

Moldovanın sabiq prezidenti belə saxlanılıb –

Sonrakı məqalə

Şəkidə leysan ciddi fəsadlar törədib